Yuxarı

"Nar"dan jurnalistlər üçün xüsusi tədbir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Mətbuat Günü münasibətilə “Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil edib.

Axar.az xəbər verir ki, 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirilib. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunurdu.

“Nar” mətbuat xidmətinin rəhbəri Əziz Axundov təbdirdə çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik edib. Ə.Axundov hər zaman “Nar”-ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanlarına minnətdar olduqlarını qeyd edərək “Nar”-ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirib.

2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak edib. “Molla Nəsrəddin”, “Həyat” və “Şərqi rus” komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutdular. Qalib komandalar “Nar”-dan dəyərli hədiyyələr qazanıb.

Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlamışdır. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.07.23 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla