Yuxarı

Nazir sabiq direktoru geri qaytardı - Təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.

Report-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlham Oqtay oğlu Həmidov Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, İ.Həmidov 2008-ci ildən 2017-ci ilədək Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, sonuncu təyinatadək Kürdəmir Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi işləyib.

Xatırladaq ki, İ.Həmidovun təyinatına qədər Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti olaraq Tahir Fərhad oğlu İsmayılov icra edib.

Tarix
2018.08.16 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla