Yuxarı

Artıq reklamlara belə nəzarət ediləcək - ADRA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilməsi nəzərdə tutulan 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında Dövlət Reklam Agentliyi (ADRA) tətbiq etdiyi son innovativ yenilikləri nümayiş etdirəcək.

Agentlikdən Axar.az-a verilən məlumata görə, ilk növbədə sahibkarlara reklam daşıyıcılarının onlayn qeydiyyat sistemi təqdim olunacaq.

Məlumatda bildirilib ki, sistem agentliyin rəsmi internet saytının tərkib hissəsi olaraq sahibkarları reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, daşıyıcıların qeydiyyatı üçün vaxt sərfini azaltmaq məqsədi daşıyır:

“Bu, sahibkarlara qeydiyyat müqavilələrini və ödənişlərini görmək və onları vaxt itirmədən yeniləmək imkanı verir. Nümayiş olunacaq digər bir yenilik məsafədən ölçmə cihazı ilə bağlıdır. Bu cihazlar ADRA-nın sifarişi əsasında Azərbaycanda istehsal olunur və istənilən reklam qurğusunun səthini məsafədən dəqiq ölçmək imkanı yaradır. Cihazların tətbiqi ilə agentliyin müfəttişləri tez və təhlükəsiz şəraitdə istənilən reklam daşıyıcısını və reklam səthini dəqiq ölçə bilir. 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında, həmçinin ADRA üçün xüsusi hazırlanmış açıq məkanda reklam daşıyıcılarını 360 dərəcə təsbit edən texnologiyalar sərgilənəcək. Bu qurğular reklam daşıyıcılarına nəzarəti asanlaşdıracaq. Müfəttişlər ofisdən kənara çıxmadan bütün reklamların qeydiyyatına nəzarət edə biləcəklər”.

Qeyd edək ki, 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı 4-7 dekabrda Bakı Ekspo Mərkəzində keçiriləcək.

Tarix
2018.10.16 / 13:46
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla