Yuxarı

Sürüşmə təhlükəsi olan ərazilər - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbayıl rayonu Badamdar qəsəbəsi-20-ci sahəni birləşdirən Bayıl şosesində aktivləşən sürüşmə prosesi artıq 17 gündür fasiləsiz davam etməkdədir.

Axar.az xəbər verir ki, bu aktivləşmə Azərbacanda mövcud olan digər sürüşməyə meyilli əraziləri də gündəmə gətirib. Hazırda aktivləşmə təkcə Bayıl yamacında müşahidə edilsə də, Azərbaycanda sürüşməyə meyilli ərazilər az deyil.

Aparılan araşdırmalara əsasən, Azərbaycanda ən yüksək sürüşməyə meyilli ərazilər Böyük Qafqazın orta və aşağı dağlıq zonalarıdır.

Böyük Qafqazın Azərbaycan hissəsində son 18 ildə ən təhlükəli sürüşmə prosesi Qusar rayonunun Urva, Sudur, Elik kəndlərində, Quba rayonunun Dəlləkli, Küncüt, Güləzi, Afurca, Buduq kəndlərində, Muğanlı-İsmayıllı avtomobil yolunda, Quba-Xınalıq yolunun 29-cu km-liyində, Şamaxı rayonunun Muğanlı, Çağan, Çiçi kəndlərində, Ağsu və Şamaxı avtomobil yolunda və İsmayıllı rayonunun Xankəndi kəndində baş verib.

Bakıda isə son 18 il ərzində ən təhlükəli sürüşmə hadisəsi Bayıl yamacı, Nobel prospekti, Dilarə Əliyeva küçəsində, Xətai, Səbail, Sabunçu rayonlarında, Badamdar qəsəbəsində, Abşeron rayonunun Masazır qəsəbəsində və Bakı-Sumqayıt yolunda baş verib.

Son 15 ildəki sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrə aiddir. 2000-ci ildə yalnız Bayıl yamacında 1 (sürüşmə şəhərsalma qaydalarının pozulması, yamacın ağır yüklənməsi səbəbindən), 2005-ci ildə Bakının Nərimanov prospektində 2 (evlərin zirzəmilərinin su ilə dolması və Mikayıl Muşfiqin heykəlinin yanındakı çoxmərtəbəli evin bünövrəsində aparılan işlərlə əlaqədar) və Dilarə Əliyeva küçəsində 1 (tikinti zamanı 50 metrlik su kəməri borusunun partlaması nətiəsində) sürüşmə qeydə alınıb.

Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə sürüşmə proseslərinə daha meyillidir.

Bundan başqa, Əhmədlidə "Ukrayna” meydanı, Günəşlidə Kərpic Zavodu ərazisi və Zığ yamacı da sürüşmə təhlükəsi olan ərazilərdir.

Tarix
2018.10.17 / 14:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla