Yuxarı

Bakıda ABŞ səfirliyi əməkdaşının maşını avtobusla toqquşdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Şərifzadə küçəsi, 140 ünvanında ABŞ vətəndaşı, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı Blu Loles idarə etdiyi "Toyota Prado" markalı 90 TP 596 dövlət nömrə nişanlı avtomobillə Bərdə rayon sakini Yusif İbrahim oğlu Mustafayevin idarə etdiyi 39 saylı marşrut xətti üzrə hərəkət edən "Daevoo" markalı 10 TF 993 dövlət nömrə nişanlı avtobusla toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.10.22 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla