Yuxarı

Bu binalarda yaşayanlar 100 manat ödəsin - MM-də təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avtomobil yolları haqqında qanun” layihəsinə dəyişiklik Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Axar.az xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, yol təsərrüfatı orqanları hərbi vəziyyət rejiminin tətbiq edildiyi hallarda avtomobil yollarından istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər.

Mövcud qanun layihəsinə görə, fövqəladə şəraitlər və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar istisna olmaqla, hərəkətin məhdudlaşdırılması, dayandırılması və yeni hərəkət sxemi barədə məlumat avtomobil yollarından istifadə edənlərə qabaqcadan bildirilməlidir.

Millət vəkili Fazil Mustafa isə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinin müzakirəsindən danışıb:

“Yeni çoxmənzilli binalarda yaşayanlar əmlak vergisi ödənmir. Çünki bina təhvil alınmış hesab edilmir. Vətəndaş mənzildə yaşayırsa, bu onun mülkiyyəti hesab edilirsə, ona mülkiyyət sənədi verilməlidir. Bələdiyyənin imkanını genişləndirmək, pul qazanmasını istəyiriksə, bütün binalarda yaşayanlara mülkiyyət sənədləri verilməlidir. Hər mənzil sahibi 100 manat ödəsə, təsəvvür edin, bələdiyyələr nə qədər qazana bilər”.

Millət vəkili Qüdrət Həsənquliyev “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsindən söz açıb:

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən edilən cərimə və rüsumların 50 faizinin müvafiq icra hakimiyyətinin hesabına köçürülməsi doğru hal deyil.

Dövlət Gömrük Komitəsi, Yol Polisi ilə bağlı da əvvəllər bu cür qanun layihələri təsdiq edilib. Lakin bu, doğru yanaşma deyil. Hesab edirəm ki, dövlətin əməkhaqqı siyasəti olmalıdır. Dünyada bu, hazır meyarlar əsasında müəyyən edilir. Məsələn, yüksək ixtisaslı, intellekt tələb edən əmək, həyat və fəaliyyət üçün risklər yaradan və digər hallarda yüksək əməkhaqqı nəzərdə tutulur. Qida Təhlükəsizliyi Agentliyi və ya Dövlət Gömrük Komitəsinin əməkdaşı rüsum toplaya bilir, lakin Milli Məclisin əməkdaşı rüsum toplaya bilmir.

Bəzən əməkhaqqı qədər, bəzən ondan çox miqdarda maaş alırlar. Bu nə qədər ədalətlidir? Daha çox cərimə yazsınlar deyə biz onları stimullaşdırırıq. Məsələn, yol polisi ən xırda cəzaya görə sürücüyə cərimə yazır, çünki 25 faizi ona veriləcək. Dövlət öz məmurlarını bu formada işləməyə stimullaşdırmamalıdır. Onların çəkdiyi zəhmətə görə əməkhaqqı ödənilməlidir. Rüsumlar büdcəyə toplanmalıdır, əməkdaşın fəaliyyətinə görə maaş verilməlidir. Bunu etməklə digər dövlət qulluqçularına münasibətdə ciddi şəkildə ədalətsizliyə yol vermiş oluruq”.

Tarix
2018.10.30 / 15:20
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla