Yuxarı

Zaqatalada maskalıların silahlı basqını

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda silahlı və maskalı şəxslər diş texnikinin evinə basqın ediblər.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində qeydə alınıb.

Məlumata görə, dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxs ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb edib. Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar.

Q.Qurqunayev bu gün səhər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Zərərçəkənin qohumları bildiriblər ki, evə basqın edən şəxslər silahlı olub. Onlar ev sahibini döyərək evdən 50 min AZN, 30 min ABŞ dolları, 700 min rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, basqına məruz qalan Q.Qurqunayev diş texnikidir (APA).

Tarix
2013.12.06 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla