Yuxarı

İcra başçısı: “Rayonumuzda 500 vəhhabi var”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son bir ay ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanılının da iştirakı ilə rayonumuzda üç dəfə geniş tərkibli müşavirə keçirilib. Ciddi müzakirələr aparılıb. Ümumi rayon üzrə 500 nəfər vəhhabi təriqətinə qoşulub.

Lakin onlardan 3-4 nəfəri daha radikaldır. Sizə deyim ki, bu cür halların rayonumuz üçün, ümumiyyətlə, ölkəmiz üçün heç bir təhlükəsi ola bilməz. Çünki hüquq-mühafizə və müvafiq dövlət orqanları bu məsələni ciddi nəzarətdə saxlayır, bütün lazımi tədbirlər görülür".

Axar.az xəbər verir ki, bu sözləri Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev Virtualaz.org-a müsahibəsində bölgədəki İŞİD tərəfdarları haqda danışarkən qeyd edib.

Ş.Xanbabayev deyib ki, rayondan bu cür təriqətlərə qoşularaq ölkəni tərk edənlər çox azdır:

"Son zamanlar bu cür hadisələrdən biri Xudatda baş vermişdi. Səhv eləmirəmsə, bir nəfər radikal təşkilatlardan birinə qoşularaq getmişdi".

Qeyd edək ki, ölkənin şimal zonasında vəhhabilərin məscidləri, toplaşma mərkəzləri var. Azərbaycanda Suriya və İraqa döyüşməyə gedənlərin də bu bölgədən daha çox olduğu deyilir.

Tarix
2014.12.11 / 09:37
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla