Yuxarı

Cahangir Hacıyevin şirkəti bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hərbi ayaqqabıların istehsalçısı olan BOT MMC fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə AzVision.az-a şirkətin baş mühəndisi Mahmud Babayev məlumat verib. O, bildirib ki, şirkətin fəaliyyətini dayandırması sifarişin olmaması ilə bağlıdır.

"Dövlət Sərhəd Qoşunlarının keçirdiyi tenderin qalibi olduq və onlar üçün ayaqqabılar hazırladıq. Bundan sonra sifariş verən olmayıb. İndi tender gözləyirik. Əgər olarsa iştirak edəcəyik. Qalib olsaq yenidən fəaliyyət göstərəcəyik. Bu gün isə faəliyyətimizi dayandırmışıq".

Şirkət rəsmisi daha sonra qeyd edib ki, Müdafiə Nazirliyi tender keçirmir: "Müdafiə Nazirliyi tender keçirsəydi iştirak edərdik. 15 il bizim fabrik Müdafiə Nazirliyi üçün ayaqqabı tikib".

Onun sözlərinə görə, şirkətin 300-ə yaxın əməkdaşı işsiz qalıb.

Qeyd edək ki, mətbuatda çıxan yazılarda BOT MMC-nın rəhbərinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev olduğu bildirilir. BOT MMC 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılıb. BOT MMC Azərbaycan Respublikasının güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub.

Tarix
2015.04.01 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla