Yuxarı

Nardaranlıların Kərbəlada həlak olması xəbəri yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar 1-də Kərbəla ziyarətinə gedən azərbaycanlıların olduğu avtobusda terror aktının törədildiyi barədə redaksiyamıza məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, ziyarətə gedən Nardaran camaatının bir neçəsi avtobusda törədilmiş terror aktı nəticəsində həlak olub. Hətta həlak olanların sayının 40-a yaxın olduğu da bildirilir.

"Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün Nardaran ağsaqqalı Natiq Kərimovla əlaqə saxlayıb. O, yayılan məlumatdan xəbərdar olduğunu bildirib:

"Bununla bağlı mənə müraciət ediblər. Mən bu məsələni araşdırmışam. Tamamilə yalandır. Kərbəla ziyarətinə Nardarandan 250 nəfər gedib. Ümumən Azərbaycandan isə 500 nəfər ziyarətdə olub. Bilirsiz ki, ziyarət 10-15 gün çəkir. Bizim zəvvarlarımız hamısı sağ salamat qayıdıblar. Sadəcə yolda Bağdad ətrafında, Kərbəla yolunda bu tip hadisələr baş verib. Amma bizim zəvvarlara heç nə olmayıb".

Məsələ ilə bağlı "Qafqazinfo" QMİ Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlayıb. O qeyd edib ki, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Kərbəlaya ziyarəti üçün səfərlər təşkil olunmur:

"İraqda baş verən məlum hadisələrlə bağlı təhlükəsizlik baxımından bu ziyarətlər qurum tərəfindən təşkil edilmir. Ona görə də bu hadisədən xəbərsizik".

Tarix
2014.01.10 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla