Yuxarı

Güclü qar Göyçaya ziyan vurdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür ki, Göyçaya yağan qar hazırda davam edir. Qar rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub, elektrik naqilləri qırılıb, dirəklər aşıb. Bəzi yerlərdə qarın ağırlığına tab gətirməyən ağaclar elektrik xətlərinin üstünə aşıb.

APA-nın xəbərinə görə, ötən gecədən Göyçay şəhərinin bir neçə küçəsinə və 10-a yaxın kəndə elektrik verilişi dayanıb və hazırda əhali işıqsız qalıb. Bundan əlavə rayonda bir neçə evin, talvar və tövlənin dam örtüyü yağan qarın ağırlığına dözməyərək çöküb.

Güclü qar Göyçay şəhərinin Atatürk küçəsindəki 58 saylı ünvanda yerləşən ikimərtəbəli 18 ailəlik yaşayış binasına da ciddi ziyan vurub. Qəzalı vəziyyətdə olan yaşayış binasının dam örtüyü və divarları qarın ağırlığına davam gətirməyərək tamamilə çöküb. Binada yaşayan Nisə Piriyeva, Bağdagül Balıyeva, Xatirə Quliyeva, Vaqif Əliyev, Afət Aşurova, Anar Bəşirov, Tərbiyə Məmmədovanın ailəsi evsiz qalıb.

Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib. Sakinlər binada yaşamağın təhlükəli olduğunu deyirlər.

Bundan əlavə, şəhərin Nizami küçəsində 100 ildən çox yaşı olan iri gövdəli çinar ağacı hasarın və yardımçı tikilinin üstünə aşıb. Qar rayonun Ləkçiplaq və Qaraxıdır kəndlərində pomidor və xiyar şitilxanalarına da ziyan vurub. Şitilxanaların selofan örtükləri qarın ağırlığına dözməyərək yarasız hala düşüb, xırda pomidor və xiyar şitilləri qarın altında qalaraq tələf olub.

Tarix
2016.01.02 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla