Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Bakıda poçt şöbəsi qarət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda poçt şöbəsi qarət edilib.

Hadisə Əhmədli kəndi, Şahin Səmədov küçəsində qeydə alınıb. Oğrular "Azərpoçt" MMC-nin 3 saylı filialının 32 saylı poçt şöbəsini qarət ediblər.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, oğrular 32 saylı poçt şöbəsinə binanın yan tərəfindən daxil olublar. Pəncərə önündəki dəmir qoruyucuları kəsən oğrular içəri daxil olduqdan sonra 110 manat, 200 dollar və poçt markalarını aparıblar. Eyni zamanda onlar oğurluq əməlini törədən zaman poçtun siqnalizasiya sisteminin kabelini kəsərək sıradan çıxarıblar.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Ərazi mühafizəyə götürülüb. Daha sonra barmaq izləri müəyyən olunaraq qeyd edilib. Məlumat üçün qeyd edək ki, ərazidə heç bir müşahidə kamerası yoxdur.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.01.10 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zakir Həsənov Çexiyada beynəlxalq sərgidə - Foto

Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapıldı

Sabah hava necə olacaq?

Lökbatan-Qızıldaş yolunun yenidən qurulması yekunlaşır

Bayıl sürüşməsi: yeni çatlar yarandı

Günel Məmmədovanın əri güllələndi - Foto

İmişli sakini iki nəfəri güllələdi: ölən var

“Azercell” startaplara biznes qurmağa dəstək göstərəcək

“İrşad”ın gənc rəhbərinin ölüm səbəbi açıqlandı

Sərxoş sürücü qəza törətdi, öldü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla