Yuxarı

İtkin düşən hicablı gəlin haqda - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə itkin düşən qadınla bağlı ilginc xəbərlər yayılıb.

Axar.az xəbər verir ki, iki uşaq anası, 31 yaşlı Mətanət Əliyevanın sosial şəbəkədə yazışmaları ortalığa çıxıb.

"Kriminal.az"a verilən məlumata görə, qadının Odnoklasniki profili sındırılıb və 20-yə yaxın kişiyə görüş vəd etdiyi üzə çıxıb.

Məlumata görə, polis onun yazışdığı adamları aşkarlayaraq ifadələrini alıb və onlar qadınla münasibətdə olmadıqlarını söyləyiblər. Təhlükəsizlik kameralarına da baxış keçirilib və onun bir neçə kameradan sonra gözdən itdiyi aydınlaşıb.

O, dekabrın 28-də uşaqlarını məktəbdən götürüb. Amma evə kimi gətirməyib. Gəncənin "Dəyirman dairəsi" adlanan ərazisində uşaqlarını öpüb-qucaqlayıb, evə yol salaraq gedib. Gəncənin Kəpəz Rayon Polis İdarəsindən Axar.az-a bildirilib ki, qadın hələ də tapılmayıb.

İtkin düşmüş qadının boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.

Evdən gedərkən əynində qırmızı gödəkcə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub. Sayt yazıb ki, polis onun hazırda hicabda olmasına inanmır. Çünki başına hicab bağlasa da, hələ ibadət etdiyini görən olmayıb.

M.Əliyevanı görənlərdən DİN-in "102" xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Tarix
2016.01.23 / 14:25
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla