Yuxarı

Yer kürəsini asteroidlərdən lazer qoruyacaq - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eksperiment zamanı Kaliforniya alimləri lazerin köməyi ilə kosmik fəzaya yaxınlaşdırılmış şəraitdə formaca asteroidə oxşayan obyektin əvvəlcə sürətini azaltmağa və saxlamağa, sonra isə onun istiqamətini dəyişməyə müvəffəq olub.

Axar.az xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatlar gələcəkdə asteroidlərin və Yer kürəsi üçün potensial təhlükə törədə biləcək hava cismlərinin istiqamətini dəyişdirməyə köməklik göstərə biləcək. Sözügedən tədqiqatlara Kaliforniya Universitetinin fiziki Filip Lyubin və Kaliforniya Pedoqoji Universitetinin professoru Hari Hyuz rəhbərlik edib.

Eksperiment şəraitinin yaradılması üçün tədqiqatçılar xüsusi xassələrinə görə asteroidə oxşayan bazaltdan istifadə ediblər. Bazalt qaza çevrilənə qədər onun üzərinə lazer şüası istiqamətləndirilib. Kosmik fəzada asteroidin hərəkətini imitasiya etməsi üçün bazalt maqnitlərin arasına yerləşdirilib. İstiqamətləndirilmiş lazer şüası ilə bu hərəkətin sürətini nəzarətə götürmək mümkün olub.

Xatırladaq ki, may ayında NASA Yer kürəsi üçün təhlükəli olan asteroidləri "tutaraq" qarşısının alınması metodlarına yaxın 10 il ərzində nail olunacağına dair bəyanat verib. NASA-nın bu planına görə, "tutulan" asteroidlər Yerin orbitinə yaxın istiqamətləndiriləcək və kosmonavtlar onların öyrənilməsi üçün tədqiqat aparacaqlar.

Tarix
2015.09.06 / 15:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla