Yuxarı

13 yaşlı şagird tövlədə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylarda intihar xəbərləri bir-birini əvəz etməkdədir:

“80 yaşlı kişi ov tüfəngiylə...”

“62 yaşlı qadın yaşadığı evdə...”

“13 yaşlı şagird tövlədə...”

Burada çox qorxulu bir nüans var. Təcrübəsiz, zəif insanları bir kənara qoyaq, bəs həyatda bütün çətinlikləri görmüş, yaşı əsrin astanasında olan yaşlı adamlar niyə intihar edirlər?

Əlinin qabarıyla gələcəyə təkan verən, alnındakı qırışlardan nəvəsinə nağıl-nağıl yol düzəldən yaşlıların intihar yoluna əl atması azyaşlıları da bu işdə cəsarətləndirir. Axı, istər-istəməz onlar bir çox şeyi böyüklərdən öyrənirlər.

Təəssüf ki, baxanda mənəvi rahatlıq tapdığımız ağsaqqallarımız, ağbirçəklərimiz nağıl-nağıl azalır...

Məsələnin mahiyyətini dərindən götür-qoy etdikdə fərqli mətləblər ortaya çıxır. Bəyəm, az olub ki, bir anlıq özümüzə qapanmışıq, intihar haqda düşünmüşük? Əminəm ki, bu barədə bir çox insan dəfələrlə düşünüb və daha sonra bu yolun necə mənasız olduğunu anlayıb.

“Bəlkə, sabah intihar edim?”, “Görəsən, özümü öldürsəm, məni paralel dünyada nələr gözləyir?”, “Valideynlərimin, həyat yoldaşımın, övladlarımın, yaxınlarımın münasibəti necə olacaq mənə?” və s. bu kimi cavabı bəlli olmayan suallar səni boğmağa başlayır, amma bir neçə dəqiqədən sonra intihar əhval-ruhiyyəsi yox olub gedir.

İntihara meyillilik istər yaşlılar, istərsə də cavanlar arasında rast gəlinən haldır. Dözümlü olmağın da faydası qalmır. Çünki “intihar qüvvələri” ilə baş-başa qalmısan və onların qarşısında müdafiəsizsən. Tutunmağa sanki bir budaq, bir əl axtarırsan, çapalayırsan, lakin alınmır.

Əsas olan budur: “İntihar qüvvələri” – fikirləri ilə mübarizə apara biləcəksənmi?

Bax, insanı məhv etməyə çalışan bu fövqəlgücə sahib baryeri keçə bildinsə, artıq öz üzərində tam hakimiyyətə maliksən. O bir anlıq hissin sənin üzərində hökmranlıq etməsinə icazə vermə! Əlində olanlardan zövq almağı bacar. Axı sənin canın təkcə sənə aid deyil. O, həm də bütöv bir ailənin, nəslin gələcəyidir.

İnsan orqanizmi elə bir mexanizmdir ki, onun sükanı da, sürəti də daim fərdin öz əlindən olmalıdır. İstər məişət proseslərində, istərsə də həyati əhəmiyyətli məsələlərdə.

Bir şeyi unutmayaq: intihar etmək sənin əlindədirsə, yaşamı, yaşamağı seçmək ikiqat sənin əlindədir. Həyat sənə heç vaxt intihar yolunu təklif etmir, sən özün bu zərəli yolu yaradırsan. Və itirirsən... Yaşayacağın gözəl günləri, anları, doğmalarını, sevincləri, xatirələri...

Yaşamaq bizdən öz üzərimizdə hakimiyyət qurmağı tələb edir. Çalışaq öz üzərimizdə hakimiyyəti itirməyək.

Tarix
2018.02.13 / 20:37
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Kadırovun naziri polisləri hədələdi: Sizi diz çökdürüb...

Rusiya Finlandiya sərhədinə nüvə silahı yerləşdirdi

Ukrayna Rusiyanın ən qədim gəmisinə zərbə endirdi

Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!

Szinpin bu ölkəni işğal etməkdə qərarlıdır - MKİ

Budanov rusların üstün cəhətini açıqladı: Unutmayın!

Bu, bizi ukraynalaşmadan qoruyacaq - Kobaxidze

Qərb buna görə Ukraynanı yox, İsraili qoruyur

Ruslar sualtı savaşa hazırlaşır, 1 milyard insan təhlükədə...

Putinin adına rayon yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla