Yuxarı

Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Annalena Barbok və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Qəzza zolağındakı müharibə ilə bağlı qızğın mübahisə yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalının jurnalisti Moria Asad Volberq deyib.

O bildirib ki, siyasətçilər bir-birinə qarşı olduqca ağır ittihamlar səsləndiriblər.

Mübahisəyə səbəb İsrail tərəfinin alman nazirə Qəzzadan göstərdiyi görüntülər olub. Belə ki, videoda Qəzza zolağında bazarlar, orada xeyli ərzaq məhsullarının olduğu görünür.

İddia edilir ki, bu yolla İsrail tərəfi Berboka sübut etmək istəyib ki, Qəzzada aclıq problemi Avropa ölkələri rəsmilərinin düşündüyü qədər kəskin deyil.

Berbok da öz növbəsində Qəzza zolağında ərzaqla bağlı vəziyyətin fəlakətli olduğunu təkid edərək, İsrail tərəfinə Qəzza zolağında aclıq çəkən uşaqların fotoşəkillərini göstərə biləcəyini bildirib.

Məhz bundan sonra tərəflər arasında kəskin debat başlayıb.

“Kanal 13”ün əməkdaşının sözlərinə görə, Netanyahu hətta emosiyalara qapılaraq, israillilərin nasistlərə bənzəmədiyini bildirib.

Qeyd edək ki, BİLD nəşri də siyasətçilər arasında mübahisə olduğunu təsdiqləyib.

Tarix
2024.04.19 / 18:44
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla