Yuxarı

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Bizim üçün dünyada Türkiyə qədər ikinci doğma bir ölkə yoxdur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu "Telеqraf Holdinq"in rəhbəri Aynur Camalqızı Türkiyə–Azərbaycan Qardaşlıq Forumunda deyib.

O bildirib ki, Azərbaycan-Türkiyə dostluğu xalqın arzusundan doğmuş bir münasibətin bəhrəsidir:

"2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixində qara bir səhifə kimi yazılmağa çalışılsa da, xalqın iradəsi və qəhrəmanlığı ilə həmin gecə həm də bir dirəniş və zəfər simvoluna çevrildi. Türk xalqı dünyaya göstərdi ki, türkü yıxmaq olmaz. Bu, bir dərs oldu.

O gecə qanunsuz hərbi çevrilişə cəhd edən qruplar, Türkiyə Respublikasının demokratik əsaslarını dağıtmaq, seçilmiş hökuməti devirmək və xalqa qarşı silah işlətmək istədilər. Amma unuda bildikləri bir şey vardı: xalq iradəsinin gücü, millətin vəhdəti və azadlıq sevgisi.

Türkiyə xalqı tankların qarşısına çıxdı, güllələrə sinəsini sipər etdi. Yaşından, siyasi baxışından, mənsubiyyətindən asılı olmayaraq, milyonlarla insan bir araya gəlib, “bu ölkə bizimdir, bu bayraq enməz, bu dövlət bölünməz” dedi. Onlar yalnız demokratiyanı deyil, gələcəyi də qorudular".

Onun sözlərinə görə, 15 iyul sadəcə bir tarix deyil: "Bu gün demokratiya uğrunda can verən şəhidlərin xatirəsinin yaşadıldığı, azadlığın necə dəyərli olduğunu bir daha xatırladığımız gündür. Həmçinin, xarici və daxili təhlükələr qarşısında birliyin, bərabərliyin və milli həmrəyliyin nə qədər vacib olduğunu göstərən bir dərsdir.

Bizlər, bu hadisədən nəticə çıxarmalıyıq. Demokratiyanın, hüququn və milli iradənin qorunması üçün daim ayıq olmalı, tariximizi bilməli, sabaha daha güclü, daha məlumatlı və daha məsuliyyətli bir şəkildə irəliləməliyik.

Sonda isə 15 iyul şəhidlərini hörmət və minnətlə yad edir, qazilərə sağlıq və uzun ömür arzulayıram. Unutmayaq ki, xalqın gücü heç bir gücdən zəif deyil. Ən güclü ordu xalq ordusudur".

Tarix
2025.07.18 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla