Yuxarı

Çin və Rusiya ikiqat zərbə hazırlayır: Müharibəyə 18 ay qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin və Rusiya ikiqat zərbə hazırlayır: Müharibəyə 18 ay qaldı

ABŞ və onun avropalı müttəfiqlərinin Çin və Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşmaq üçün yəqin ki, cəmi bir il yarım vaxtı var.

Axar.az xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Qüvvələrinin yeni baş komandanı Aleksus Qrinkeviç bildirib.

O qeyd edib ki, iki lider 2027-ci ildə koordinasiyalı hücuma keçəcək:

“Əgər Çin lideri Si Szinpin Tayvana hücum etmək qərarına gəlsə, o, böyük ehtimalla öz addımlarını Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirəcək və qlobal hərbi münaqişəyə qapı açacaq. Fikrimcə, bu o deməkdir ki, hər iki şey eyni anda baş verə bilər”.

Onun sözlərinə görə, Çin və Rusiyadan ikiqat zərbə yaxınlaşır və 2027-ci il potensial olaraq böhran ili ola bilər.

Amerikalı general vurğulayıb ki, hazırkı vəziyyətdə müttəfiqlərin hazırlaşmaq üçün çox az vaxtı var – cəmi 18 ay: “Hazır olmaq üçün əldə edə biləcəyimiz hər bir texnikaya və hər bir sursata ehtiyacımız olacaq".

Tarix
2025.07.18 / 22:26
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla