Yuxarı

DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.

Əvvəlcə ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisindəki abidəsi önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.

Məzunlara diplomlar təqdim olunduqdan sonra general-polkovnik Əli Nağıyev gənc zabitləri təbrik edərək, Akademiyanın böyük inkişaf yolu keçdiyini və burada yüksəkixtisaslı kadr hazırlığı üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb. Kursantların seçdikləri peşənin sirlərinə dərindən yiyələnmələrinin vacibliyini bildirən Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi sayəsində ölkəmizdə müasir çağırışlara cavab verən xüsusi xidmət orqanlarının formalaşdığını qeyd edib.

DTX rəisi dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizdə sabitliyin etibarlı şəkildə qorunduğunu vurğulayaraq milli təhlükəsizliyin təmin olunması istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər ediləcəyini açıqlayıb. General-polkovnik Əli Nağıyev gənc zabitlərin Ümummilli Liderin adını daşıyan Akademiyanın məzunları kimi gələcək fəaliyyətlərində unudulmaz şəxsiyyətin vətənpərvərlik irsini layiqincə yaşadacaqlarına əminliyini ifadə edib.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkilməsi ilə başa çatıb.

Tarix
2026.07.07 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla