Yuxarı

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə IV ixtisas qrupu üzrə builki keçid balları ilə bağlı mühüm proqnozlar verib və abituriyentlərə çağırış edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, DİM sədri bu qrupda tibb və kənd təsərrüfatı olmaqla iki əsas istiqamətin olduğunu bildirib.

Onun sözlərinə görə, 600-dən çox bal toplayan abituriyentlər ənənəvi olaraq daha çox tibb sahəsinə iddialıdırlar və bu istiqamətdə rəqabət builki balları artıracaq:

"Ötən ilki keçid balları yüksək idi. Bu il tibb sahəsi üzrə 600-dən yuxarı nəticə tələb edən ixtisaslarda keçid ballarının təxminən 20 bal, 500 baldan yuxarı olan ixtisaslarda isə 10 bal artacağı gözlənilir. 400 baldan yuxarı ixtisaslar keçid ballar ötən ilki kimi formalaşacaq. 300-400 bal diapazonundakı ixtisaslarda isə keçid balı 10 bal arta bilər. 200-300 keçid balı ixtisaslarda da vəziyyət ötən ilki kimi olacaq. Ümumilikdə, bu qrupda yüksək rəqabət səbəbindən təxminən 300 nəfərin müsabiqədən kənarda qala biləcəyi təxmin edilir".

Məleykə Abbaszadə yüksək bal toplayanların diqqətini əmək bazarında böyük ehtiyac olan digər sahəyə - kənd təsərrüfatına yönəldib:

"Kənd təsərrüfatı istiqamətindəki ixtisasların demək olar ki, hamısı dövlət sifarişlidir, yəni ödənişsizdir. Hazırda bu sahə sürətlə inkişaf edir və əmək bazarında yüksək səviyyəli mütəxəssislərə çox böyük ehtiyac var, kadr çatışmazlığı yaşanır. Abituriyentlərə ixtisas seçimi zamanı yalnız tibbə fokuslanmayıb, perspektivli kənd təsərrüfatı istiqamətlərinə də yönəlməyi və düzgün seçim etməyi tövsiyə edirəm".

Tarix
2026.08.13 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla