Yuxarı

“Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı

Bakı metrosunun “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt istismara verilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, deponun ilk xətti üzrə qatarın qəbulu prosesi başlanıb.

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsi sayılan “Dərnəgül” elektrik deposu bundan sonra Yaşıl xəttə müstəqil xidmət göstərəcək.

Depoda qatarların təmir-baxış və qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Həmçinin deponun istismarı metropolitendə xidmət keyfiyyətinin artırılmasına və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək.

II mərhələ üzrə 16,5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin (avadanlıqlar daxil) yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri, 5 ədəd işıqlandırma qüllələri inşa edilib. Həmçinin zəruri xidmət və texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmə və MEP işləri 100% tamamlanıb, kommunikasiya xətləri çəkilib.

Yaşıl xətti depo ilə birləşdirən 2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları “Bakı Metropoliteni” QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18100 m³ yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd R50 tipli yoldəyişdiriciquraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.

Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan dayanma-təmir korpusunun dəmir-betonkonstruksiyası, dam örtüyü, fasad hissəsi tikilib. Korpsun, ümumilikdə 25 qanovundan 12-nin inşası tam olaraq başa çatdırılıb. Qanovlardan 3-ü qaldırma-təmiri sahəsinə aiddir.

2 qazanxanada, eləcə də kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj, kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000 m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi 3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.

Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və vidomüşahidə sahələri də yerləşəcək.

Depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir. Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin inşası tamamlanıb.

Qeyd edək ki, depo tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas tikinti işlərinə 2025-ci ilin aprel ayından başlanılıb.

Tarix
2026.08.13 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla