Yuxarı

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Ölkənin iqtisadi, sosial və digər sahələrində olduğu kimi informasiya təhlükəsizliyi sahəsi də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezidentin ali diqqət və qayğısı ilə daim əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 10 avqust tarixli Fərmanı ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib. Bununla da Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi sahəsində yeni hüquqi mərhələnin başlanğıcı qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin xüsusi çəkiyə malik olduğu dövrdə məhz bu sahəni tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi barədə ölkə başçısı tərəfindən Fərman qəbul edilməsi informasiya təhlükəsizliyi sahəsinə olan ali diqqət və qayğının bariz nümunəsidir.

Beynəlxalq təcrübə və qanunvericiliyin təhlili əsasında hazırlanmış dəyişikliklərə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tənzimləmə dairəsi genişləndirilərək informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı münasibətlər Qanunun tənzimlədiyi ictimai münasibətlərin dairəsinə daxil edilib.

Dəyişikliklər çərçivəsində ilk dəfə “informasiya infrastrukturu”, “kibertəhlükəsizlik”, “kiberməkan”, “kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT)”, “Milli CERT”, “Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Dövlət CERT/GOV CERT”) və digər anlayışlar Qanunda təsbit olunub.

Yeni hüquqi mərhələnin ən vacib məqamlarından biri Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (Dövlət CERT/GOV CERT) qanunvericilik səviyyəsində hüquqi statusunun müəyyənləşdirilməsidir. Müvafiq Fərmanla Dövlət CERT-in səlahiyyətləri informasiya təhlükəsizliyi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.

Dövlət CERT-in əsas fəaliyyət istiqamətlərinə dövlət informasiya infrastrukturlarının kibertəhdid, kiberhücum və kiberinsidentlərə qarşı fasiləsiz monitorinqinin aparılması, təhlükəsiz internet şəbəkəsi ilə təmin edilməsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması və səbəblərinin araşdırılması, insidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə proaktiv informasiya təhlükəsizliyi tədqiqatlarının aparılması daxildir.

Bununla yanaşı, “gov.az” domen zonasına bənzədilərək yaradılmış saxta domenlərin aşkarlanması və monitorinqi də Dövlət CERT-in fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

“Dəyişikliklərin tətbiqi ilə bağlı növbəti mərhələdə bir sıra hüquqi aktların hazırlanması nəzərdə tutulur. Belə ki, Qanunun tətbiqi barədə Fərmana əsasən “Dövlət CERT-in Əsasnaməsi, “Dövlət orqanlarına (qurumlarına), habelə mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə məxsus informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi Qaydaları” hazırlanacaq.

Yeni hüquqi çərçivə dövlətin informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, informasiya təhlükəsizliyi üzrə institusional mexanizmlərin gücləndirilməsinə və dövlət informasiya sistemlərinə qarşı mümkün təhdidlərə daha çevik və koordinasiyalı şəkildə cavab verilməsinə imkan verəcək”, - deyə XRİTDX-nin məlumatında bildirilib.

Tarix
2026.08.13 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla