Yuxarı

Bu türk ölkəsi Azərbaycanla birgə donanma yaratmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi Azərbaycanla birgə donanma yaratmaq istəyir

Özbəkistan Azərbaycanla Xəzər dənizində birgə donanma yaratmağı və "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında birgə müəssisə təsis etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Report-a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.

"Bu təşəbbüslər multimodal daşımaların səmərəliliyini artırmağa, logistika zəncirlərini daha dayanıqlı etməyə və ixracatçıların nəqliyyat xərclərini azaltmağa imkan verəcək", - o deyib.

Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlarla birgə marşrutun rəqabət qabiliyyətinin artırılması üzrə işlər davam edir:

"Xüsusilə, Özbəkistanın ixracatçıları üçün yüklərin aşırılmasına güzəştlərin tətbiqi, kompleks tarif həllərinin tətbiqi, logistika prosedurlarının optimallaşdırılması, həmçinin konteyner və ixrac yüklərinə prioritet xidmət göstərilməsi də daxil olmaqla əlavə dəstək tədbirləri müzakirə olunur".

X.Teşabayev qeyd edib ki, Bakı limanı artıq bu gün Orta Dəhliz vasitəsilə Özbəkistan məhsullarının xarici bazarlara çıxışının təmin edilməsində əsas rol oynayır və regionun tranzit potensialının inkişafı üçün strateji cəhətdən mühüm logistika qovşaqlarından biridir:

"Biz onun infrastrukturundan Özbəkistan ixracatçıları tərəfindən istifadənin səmərəliliyini yüksək qiymətləndiririk. Son illərdə bu marşrut üzrə yükdaşımaların həcmi davamlı olaraq artır, ixrac edilən məhsulların nomenklaturası genişlənir, ölkələrimizin nəqliyyat-logistika operatorlarının qarşılıqlı fəaliyyəti möhkəmlənir".

Tarix
2026.07.07 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla