Yuxarı

BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi

Bakı Təşəbbüs Qrupu Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə həsr olunmuş görüş təşkil edib.

Axar.az xəbər verir ki, 2026-cı il iyulun 6-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə həsr olunmuş onlayn görüş təşkil edilib.

Görüşdə Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Kanaki-Yeni Kaledoniya, Reyunyon, Mayot adası, Qəmər Adaları İttifaqı və Fransız Qvianasından nümayəndələr iştirak edib.

Müzakirələr zamanı Kanaki-Yeni Kaledoniyanın müstəqilliyi uğurunda mübarizə aparan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin nümayəndəsi Jean-Baptiste Dialle seçkilərin müstəqillik tərəfdarları üçün uğur olduğunu bildirmişdir.

Bununla belə, Kanak xalqının nümayəndələri təəssüflə bildiriblər ki, Fransa hökumətinin siyasəti nəticəsində əhalinin bir hissəsində seçki prosesinə inam azalıb və müstəqilliyə aparan yolun yalnız səsvermə vasitəsilə həll olunacağına dair ümidlər zəifləyib. Bu səbəbdən yerli icma seçkilərdə fəal iştirak etməyib.

Reyunyonun müstəqilliyi uğrunda mübarizə aparan “Ka Ubuntu” partiyasının nümayəndəsi Orlane Taristasın sözlərinə görə, Kanaki-Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının əldə etdiyi uğur rəsmi Parisin seçki prosesinin şəffaflığına dair yaratdığı ciddi narahatlıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir.

Keçmiş siyasi məhbus, Kanaki-Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan fəal Dimitri Qenegei seçkiləri uğurlu adlandırıb və bunu azadlıq mübarizəsinin növbəti mərhələsinə aparılan yol kimi qiymətləndirib.

Görüş zamanı BTQ-nin təşəbbüsü ilə Kanak xalqına və 28 iyun tarixli əyalət seçkilərində qalib gəlmiş nümayəndələrə dəstək məqsədilə simvolik flaşmob keçirilmişdir. İştirakçılar “Kanakiyə azadlıq”, “Təbriklər” və digər dəstək şüarlarını nümayiş etdirmişlər.

Sonda görüş iştirakçıları Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların mübarizəsinin beynəlxalq diqqətdə saxlanılmasına, onlara göstərilən dəstəyə və həmrəylik mesajlarına görə Bakı Təşəbbüs Qrupuna minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.07.07 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla