
İsti havada dönər, burger yeyənlərin diqqətinə!
02:00
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
UEFA-nın keçmiş prezidenti, bir zamanların məşhur futbolçusu Mişel Platininin evi qarət olunub.
Axar.az xəbər verir ki, bu haqda “Footmercato” məlumat yayıb.
Məlumata görə, hadisə 18 iyul Platininin Buş-dü-Ron bölgəsində yerləşən iqamətgahında baş verib. Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.
Dəymiş ziyanın məbləği açıqlanmayıb.
Qarətin təfərrüatı barədə məlumat verilməyib.
Tarix
2025.07.19 / 01:38
|
Müəllif
Axar.az
|