Yuxarı

“Get, Yaqub Mahmudovun ayaqqabısını sil...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axmaqlığın bundan o tərəfi ola bilməz. Adam etiraz edir ki, sən niyə hörmətli Yaqub Mahmudovu böyük tarixçi hesab etmirsən?

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa onun yazdığı şərhə tarixçi-alim Dilavər Əzimlinin cavabını şərh edərkən bildirib. Fazil Mustafa barəsində səsləndirilən ittihamlara da cavab verib:

"Adam bildirir ki, sən niyə Toynbiinin adını çəkirsən, o ki Osmanlıya qarşı olub? Bu nə məntiq, bu nə anormallıq, Məhərrəmlikdə baş yarmaq üçün istifadə olunan zəncirin fəlsəfəsini yazan bu adam bu gün Azərbaycanda tarixçi alim sayılır, işlədiyi müəssisənin müdirindən başqa tarixçi tanımır. Əlbəttə, Yaqub Mahmudova ağsaqqal bir insan kimi böyük hörmətim olduğunu yazmışam, faydalı araşdırmaları olduğunu qeyd etmişəm, ancaq dünya tarixşünaslığına damğasını vuran dahilərlə adının bir sırada niyə çəkmədiyimə adam etiraz bidirir. Bu adam bilirmi ki, Mommzen 1903-cü ildə "Roma tarixi" (5 cildlik) əsərinə görə Nobel mükafatı alıb. Adam bilirmi ki, "Bolşevik inqilabı" şedevr tarix trilogiyasının müəllifi Karr ixtisasca diplomat olub, tarixçi təhsili olmayıb? Bu adam Karrın heç olmasa "Tarix nədir?" əsərini bir dəfə də olsun vərəqləyibmi? Toynbiinin Osmanlı dövlətinə, Atatürkə qarşı mənfi münasibəti və ya təhrifləri olsa da, bütün dünyada tarixin metodologiyasını və sivilizasiyaları fərqli izah edən mütəfəkkirlərdən biri hesab olunur. Zəki Vəlidi Toğan kimi "Ümumi türk tarixinə giriş" əsərinin müəllifinin səhvini tutacaq qədər irəli gedən bir anlayışla yazılan tarixi mətnlərimizi ona görə də hüdudlarımızdan kənarda ciddi qəbul edən yoxdur.

Yaltaqlıq etmək istəyirsən, sabah Akademiyanın dəhlizində yaxınlaşıb hörmətli Yaqub müəllimin ayaqqabısını sil, ancaq qüsura baxma, sənin arzunu yerinə yetirməyim imkansızdır, çünki Azərbaycanda bir sıra istedadlı tarix araşdırmaçıları, dəyərli alimlər olsa da, hələ ki, Zəki Vəlidi Toğanla, Mommzenlə, Karrla, Toynbii ilə sıralamada yer alan tarixçi gözümə dəymir".

Tarix
2016.09.25 / 00:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla