Yuxarı

Mühafizə xidməti baş həkimin rüşvətxorluğundan prezidentə yazdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev xəstəxanada özbaşınalıqla məşğuldur".

Bu barədə Axar.az-a şikayət məktubu ilə müraciət edən mühafizə xidmətinin əməkdaşları bildiriblər.

Onların sözlərinə görə, baş həkim Y.Əliyev xəstəxanada öz maraqlarına xidmət edən, dövlət qeydiyyatına alınmayan və qanunsuz fəaliyyət göstərən "mühafizə xidməti" yaradıb.

Şikayətçilər bildirir ki, baş həkimin mühafizə xidməti xəstəxananın həyətinə daxil olan maşınlardan, xəstə ziyarətinə gələnlərdən pul tələb edir və bunu Y.Əliyevə ödəyirlər.

Baş həkimin xəstəxanada yaratdığı özəl qaydalar təkcə bununla bitmir. Şikayətçilər qeyd edirlər ki, baş həkim məlumat şöbəsinin Ayan adlı işçisinə yanına gətirdiyi hər xəstə üçün faiz ödəyir:

"Ayan xanım mədə-bağırsaq, damar, zob xəstələrini birbaşa baş həkimin qəbuluna aparır. Buna görə də baş həkim ona faiz ödəyir. Yusif Əliyev gün ərzində külli-miqdarda pul almaqla 2-3 xəstəni əməliyyat edir. Xəstəsi çox olduqda isə onları başqa həkimlərə satır. Bir sözlə, baş həkim xəstəxanada xəstə alveri edir. Xəstəxanada pulsuz heç bir şey mümkün deyil".

Məktubda o da qeyd edilib ki, xəstəxananın bütün həkimləri apteklər və 60-a yaxın dərman firması ilə alver edir.

"Apteklər, əksər dərman firmaları xəstəxanada öz reseptlərini, dərmanlarını təqdim edirlər. Hansı həkim xəstəyə daha çox dərman yazırsa, firmalar həmin həkimə pul ödəyir. Bunun üçün də onlar baş həkim Yusif Əliyevdən buraxılış qəbzi alırlar. Hər qəbz bir il üçün 500 manatdır".

Şikayətçinin sözlərinə görə, Səhiyyə Nazirliyinin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göndərişi ilə gələn imkansız xəstələri baş həkim müayinə etməkdən imtina edərək, zəif və bacarıqsız həkimlərə həvalə edir:

"Nəticədə keçən ay Topçubaşov adına xəstəxanada 6 xəstə ürək əməliyyatı ilə yerləşdirilən anjo-stentdən dünyasını dəyişib".

Qeyd edək ki, şikayətçilər xəstəxanada baş həkimin özbaşınalıqları ilə bağlı Prezident İlham Əliyevə, Səhiyyə naziri Oqtay Şirəliyevə, H.Əliyev fondunun prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıblar və bu rüşvətxor baş həkimin əməllərinə qiymət verilməsini xahiş edirlər.

Tarix
2014.08.05 / 15:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla