Yuxarı

Sabiq deputat yağışda yolda qaldı, avtobus gəlmədi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq deputat yağışda yolda qaldı, avtobus gəlmədi

Keçmiş millət vəkili, YAP-ın sabiq üzvü Gülər Əhmədova Bakıda ictimai nəqliyyatla bağlı narazılığını sosial şəbəkə hesabında paylaşıb.

Axar.az-ın Bakupost.az-a istinadən məlumatına görə, o, statusunda qeyd edib ki, saat 19:39-da Müstəqillik (fərqləndirmə bizimdir) küçəsində avtobus gözlədiyi vaxt marşrut xətlərində problem yaranıb.

Əhmədovanın sözlərinə görə, həmin müddətdə 3 ədəd 9 nömrəli, 3 ədəd 7B nömrəli avtobus keçsə də, 10 nömrəli avtobus olmayıb. Yağışlı hava şəraitində uzun müddət gözləmək məcburiyyətində qaldığını bildirən sabiq deputat paylaşımını “Bu nə hikmətdir?” sözləri ilə yekunlaşdırıb.

Qeyd edək ki, Gülər Əhmədovanın bu statusu bir neçə məqam baxımından diqqət çəkir. Vaxtilə Yeni Azərbaycan Partiyasının üzvü olmuş və hakimiyyətin əsas təbliğatçılarından biri kimi tanınan sabiq deputatın ictimai nəqliyyatdan istifadə etməsi və mövcud vəziyyəti tənqid etməsi kifayət qədər maraqlı məsələdir.

Xatırladaq ki, Gülər Əhmədova keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev qalmaqalından sonra siyasi karyerasını bitirməyə məcbur olmuşdu.

Tarix
2026.01.13 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla