Yuxarı

Bir ayda 6 xəstə əməliyyatdan ölüb – Baş həkimə şok ittiham

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onlar haqqımda yalan, şər və böhtan dolu məlumatlar yaydıqları üçün məhkəmə qarşısında cavab verməli olacaqlar".

Bu sözləri Axar.az-a Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev xəstəxananın mühafizə xidmətinin şikayətində yer alan fikirlərlə bağlı danışarkən bildirdi.

Baş həkimin sözlərinə görə, mühafizə xidmətinin işçiləri imzaladıqları müqavilənin şərtlərini pozduqları üçün işdən çıxarılıb.

Təkidlərimizə baxmayaraq, baş həkim işdən çıxarılan 12 nəfərin müqavilənin hansı şərtlərini pozduğunu bildirmədi:

"Mənim adımdan istifadə edib pul aldıqları üçün onların işinə xitam vermişəm. Özümüzdə olan mühafizə işçiləri kifayət edir".

Baş həkim şikayətçilərin ötən ay ürək əməliyyatından anjo-stenddən 6 nəfərin ölməsi ilə bağlı dediklərini də yalan adlandıraraq, 2 il ərzində bu əməliyyatdan dünyasını dəyişənin olmadığını bildirdi.

Y.Əliyev həmçinin işdən çıxarılan mühafizə xidmətinin işçilərini məhkəməyə verməklə hədələdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Axar.az-a açıqlamasında nazirliyə Yusif Əliyevlə bağlı heç bir şikayətin daxil olmadığını bildirdi.

Haqsız yerə işdən çıxarılan və hüquqları pozulan 12 nəfər işçi isə baş həkimin onlara ümumilikdə 14 min 400 manat pul borclu olduğunu deyir.

1 illik müqavilə əsasında işə qəbul olan, lakin cəmi 7 ay çalışan işçilərin qovulmasına səbəb baş həkimin mühafizə xidmətinə öz komandasını yığmasıdır:

"Biz onun komandasının haqsız yerə kimdənsə pul almasına imkan vermədiyimiz üçün bizi oradan uzaqlaşdırdılar".

Mühafizə xidmətinin işçiləri ötən ay ərzində xəstəxanada anjo-stenddən 6 nəfərin ölümünü təsdiqləyəcək şahidlərinin olduğunu da deyir:

"Ürək əməlliyyatından anjo-stenddən vəfat edən şəxslər Biləsuvar, Gəncə, Xaçmaz, Şamaxı, Ağsu və Bakı şəhərindən olanlar idi. Xəstəxananın iki meyit daşıyanı var ki, onlar da bunu təsdiq edə bilərlər. Dünyasını dəyişənləri apardıqları ünvanlara qədər göstərə bilərlər".

Xatırladaq ki, xəstəxananın mühafizə xidmətinin keçmiş əməkdaşları baş həkim Yusif Əliyevin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində özbaşınalıqla məşğul olması ilə bağlı prezidentə şikayət məktubu ünvanlayıblar. Onlar baş həkimin öz maraqlarına xidmət edən, dövlət qeydiyyatına alınmayan və qanunsuz fəaliyyət göstərən mühafizə xidməti yaratdığını, xəstə yaxınlarından pul istəməsini, xəstəxanada xəstə alveri etdiyini, aptek və firmalarla faizə işlədiyini bildiriblər.

Tarix
2014.08.08 / 09:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla