Yuxarı

“Speys”də növbəti biabırçılıq: “Sərt addımlar atılacaq” - MTRŞ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hadisənin bütün məsuliyyəti "Speys" telekanalının çiyinlərindədir".

Bu sözləri Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Toğrul Məmmədov "Speys" telekanalında yayımlanan "Günaydın" verilişində müğənni Mətanət Əsədova ilə Əziz Musaoğlu adlı yazar arasında yaşanan biabırçı qalmaqalla bağlı Axar.az-a danışarkən deyib:

"Milli Televiziya və Radio Şurası bu məsələni "Speys" TV rəhbərliyi ilə müzakirə edib. Rəhbərlik üzrxahlıq edərək ciddi tədbir görəcəyini öz öhdəsinə götürdü. Biz də bunu nəzərə aldıq. Şura verilən vədin əməl olunmasını gözləyəcək. Olayla bağlı ciddi tədbir görülməsə, Milli Televiziya və Radio Şurası sərt addımlar atacaq. Hadisənin canlı efirdə baş verməməsi bunun reytinq xətrinə atılmış addım olduğunu təsdiqləyir. Hətta canlı efirlərdə belə, məsələn, ANS telekanalı yayımı 4-5 dəqiqə gecikdirir və xoşagəlməz halların qarşısını alır. Hadisənin bütün məsuliyyəti "Speys" telekanalının çiyinlərindədir. Rəhbərlik bununla bağlı ciddi addımlar atmalıdır".

"Speys" telekanalında yayımlanan "Günaydın" verilişində ifaçı Mətanət Əsədova ilə Əziz Musaoğlu arasında xoşagəlməz hallar yaşanıb. Belə ki, tərəflər efirdə bir-birinə qarşı biabırçı səviyyədə olan qeyri-etik sözlər işlədib.

Qeyd edək ki, bu, son günlər "Speys"lə bağlı ikinci qalmaqaldır. Bir müddət öncə Samir Biləsuvarlı adlı müğənninin sözügedən kanalın efirində mahnının sözlərini dəyişərək eybəcər hala salması və söyüş işlətməsi barədə sosial şəbəkələrdə yayılan video-görüntüyə də kanal rəhbərliyi reaksiya verməyib.

Tarix
2015.07.01 / 12:25
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

İrəvanın COP29-la bağlı bu addımı… - Əmirbəyov

Fitso Bakıda danışdı: Makronun bu fikrini rədd etdim

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fitso

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla