Yuxarı

Bu avtomobillərlə səfərə çıxmayın - DYP

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtomobillərlə səfərə çıxmayın - DYP

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən Trend-ə daxil olan məlumatda belə deyilir.

Müraciətdə deyilir ki, son günlər respublikanın avtomobil yollarında günorta saatlarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qəzaların sürücülərin məhz sükan arxasında yuxuya getmələri səbəbindən baş verməsini, eləcə də sabahdan ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 42 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, günün isti vaxtlarında soyuducu sistemlərlə təchiz olunmamış və istismar müddəti çox olan avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmasınlar. Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük versinlər, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə etsinlər.

Tarix
2016.07.19 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla