Yuxarı

Bakıda dayanacağı olmayan avtobuslar - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dayanacağı olmayan avtobuslar - Video

Paytaxtın ən qaynar nöqtələrindən biri olan 20 Yanvar dairəsində sərnişinlər dayanacağın yoxluğundan əziyyət çəkir. Xüsusi ilə də bu qızmar yay günlərində sərnişinlər kölgələnmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Maraqlısı budur ki, bu ərazidən kifayət qədər çox marşurut xətti keçir.

Xezerxeber.com xəbər verir ki, yüzlərlə sərnişin dayancaq olmayan yerdə avtobus gözləyir. Hərə özünü bir üsulla günəş şüalarından qorumağa çalışır. Kimisi qəzetlə kimisi yerpiklə. Bir çoxu isə yaxınlıqdakı köşkün kölgəsinə sığınmağa çalışır. Bura 20 Yanvar dairəsinin yaxınlığıdır. Ərazidən isə 20,67,79,91,199 və 205 saylı marşurt avtobusları keçir.

Dayancaq götürülərək onun yerinə avtobusların dayanmasını bildirən nişan qoyulub. 20 yanvar dairəsində problem tək bununla yekunlaşmır. Nəqliyyat Nazirliyi istiqamətindən 20 Yanvar dairə istiqamətinə doğru 37 saylı marşurt avtobusununda dayanacağı yoxdur. Burada da sərnişinlər kölgəlik axtarmaq məcburiyyətində qalırlar.

Problemlə bağlı Bakı Nəqliyyat Agnetliyi ilə əlaqə saxladıq.Qurumdan "XəzərXəbər"ə bildirildi ki, adıçəkilən ərazidə dayanacağın qoyulması üçün yer uyğun deyil. Ancaq buna baxmayaraq problemin aradan qaldırılması üçün aidiyyəti qurumlarla danışıqlar aparılacaq.Nəqliyyat Nazirliyində 20 Yanvar dairəsi istiqamətinə olan ərazidə isə dayancağın qoyulması nəzərdə tutulmur.

Tarix
2016.08.18 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla