Yuxarı

Yol polisi reyd keçirdi: sürücülər cərimələndi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi reyd keçirdi: sürücülər cərimələndi

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində reyd keçiriblər.

APA-nın məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 20-yə yaxın sürücü inzibati qaydada cəzalandırılıb, sürət həddini aşan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə daha çox rast gəlinib. İki sürücünün isə avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib.

Bununla yanaşı, reyd zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən iki nəfər də aşkarlanaraq barələrində inzibati qaydada protokollar tərtib edilib.

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əsgərbəyli bildirib ki, bu kimi reydlərin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxarmaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.

Tarix
2016.08.29 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla