Yuxarı

“Samsunq” 3 milyard dollar itirdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Samsunq” 3 milyard dollar itirdi

Yeni smartfon "Qalaksi Not 7" telefonlarının yanmasına görə, istehsalının dayandırılması "Samsunq" şirkətinə baha başa gəlib.

Axar.az xəbər verir ki, Koreyanın məhsulu olan "Samsunq" şirkəti gəlirlərini növbəti 2 rübdə 3 milyard dollara qədər azaldacaq.

Şirkətin yaydığı son hesabata görə, bu ilin üçüncü rübündə şirkətə dəyən zərər iki milyard dollar olub.

Şirkət "Qalaksi Not 7" smartfonlarının batareya yüklənməsindən sonra alışdığı üçün geri çağırıb və onları yenisi ilə əvəz etdiyi zaman da eyni hal yaşandığından telefonların istehsalını dayandırıb.

Bu ərəfədə "Samsunq"un aksiyaları təqribən 8 faiz aşağı düşüb.

Qeyd edək ki, avqustun 19-da təqdim edilən "Galaxy Note 7" smartfonları "Samsunq"un sonuncu tablet modelidir və "Əpl"in yeni model Ayfon-7 ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu. Lakin sentyabr ayında batareya yüklənməsinin ardınca telefonun alışması hallarının qeydə alınması səbəbindən 2,5 milyon "Not 7" cihazları geri çağırılmışdı.

Tarix
2016.10.15 / 01:39
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla