Yuxarı

Yol polisindən reyd: 100 maşın saxlanıldı - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən reyd: 100 maşın saxlanıldı - Video

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Sabirabad rayonu ərazisində genişmiqyaslı reydlər keçirilib.

Sabirabad Dövlət Yol Polisi Şöbəsindən APA-ya verilən məlumata görə, reydlər yol hərəkəti qaydalarını pozan, eləcə də avtomobili sənədsiz və ya sərxoş halda idarə edən, avtomobillərin konstruksiyalarında dəyişikliklər edən, həmçinin avtoxuliqanlıq edən sürücülərə qarşı yönəldilib.

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub. Rayonun əsas küçə və prospektlərində təşkil olunan reydlər zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkar edilib.

Reyd zamanı polisin qanuni tələblərinə tabe olmayan sürücülərin avtomobilləri cərimə meydançasına aparılaraq barələrində protokollar tərtib edilib. Bundan əlavə, sürücülər xüsusi aparat vasitəsilə sərxoşluq, narkotik və psixotrop maddələrin istifadəsinin müəyyən edilməsi üçün testlərdən keçirilib. Onların sürücüləri barəsində protokollar və inzibati cərimələr tətbiq edilib. Bu zaman 100-dən çox avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb.

Tarix
2015.02.07 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla