Yuxarı

Yol polisindən sürücülərə xəbərdarlıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə xəbərdarlıq

"Rusiya və MDB ölkələrində istehsal olunan avtomobillərin texniki baxışdan keçməsi üçün qrafik üzrə təyin edilən müddət bu gün bitir".

Bu barədə Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, avtomobilini texniki baxışdan keçirməyən sürücü məsuliyyətə cəlb ediləcək:

"Texniki baxışın məqsədi tam yararsız avtomobillərin aşkar edilməsi, onların paytaxtın küçə və yollarında hərəkətini məhdudlaşdırmaqdır. Xarici görünüşü səliqəsiz, istismar müddəti bitmiş, detalları çürümüş olan avtomobillərə qarşı tədbir görüləcək".

V.Əsədovun sözlərinə görə, avtomobilini vaxtında texniki baxışdan keçirmədiyinə görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunacaq".

V.Əsədov sürücülərə müraciət edərək avtomobillərini texniki baxışdan keçirməyi tövsiyə edib.

Tarix
2015.04.30 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla