Yuxarı

Avtomobilə vinil çəkdirmək qadağandır? - Açıqlama

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrdə avtomobillərin üzərinə vinil vurulması dəb halını alıb. Avtomobil sahibləri “4 çarxlı dostlarına” yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs görəsən, avtomobilin üzərinə vinil vurmaq üçün hansı prosedurdan keçmək lazımdır?

Axar.az xəbər verir ki, Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında avtomobilinə vinil vurdurmaq istəyən sürücünün qeydiyyat imtahan şöbəsinə müraciət etməli olduğunu deyib.

O bildirib ki, hansı formada vinilin vurulması razılaşdırıldıqdan sonra texpasportda (qeydiyyat şəhadətnaməsi) qeydiyyat aparılır:

“Avtomobilin qeydiyyatda olduğu qeydiyyat-imtahan məntəqəsi üzrə prosedur həyata keçirilir. Bu sadə üsulla məsələni həll etmək olur”.

Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, avtomobilə vinil vurub rəngi dəyişdikdən sonra nəqliyyat vasitəsini sürmək olmaz:

“Sürücü DYP-nin Dövlət qeydiyyat-imtahan texniki baxış şöbəsinə getməlidir. Avtomobilin rəngini dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 30 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 25 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir”.

Ekspert vinilin istifadə olunmasının qanunla qadağan edilmədiyini söyləyib.

Onun sözlərinə görə, vinildən istifadə sürücülər üçün heç də sərfəli deyil:

“Belə ki, vinil özü tez sıradan çıxdığı üçün sürücü əlavə xərcə düşür. Bundan başqa, vinil adətən “mat” rəngdə olduğu üçün qarşıdan gələn avtomobilin sürücüsü gecə sizin nəqliyyat vasitənizi görməkdə çətinlik çəkir. Amma vinil vurulması heç bir halda qadağan edilə bilməz. Bu qadağa müəyyən olunmuş qanun və standartla əsaslandırılmalıdır. Vinil avtomobilin rəngini dəyişmək üçün istifadə edilən bir materialdır. Sürücü seçimini özü edir. Bu seçimə görə isə o, pul ödəyir və qanunla əsaslandıra bilmirsə, mütləq qeydiyyata alınır”.

Tarix
2021.06.17 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla