Yuxarı

Bill Qeytsin maşınını görənlər şoka düşdü - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bill Qeytsin maşınını görənlər şoka düşdü - Foto

Bir çox insan hesab edir ki, milyarderlər öz statuslarını başqalarına göstərmək üçün lüks avtomobil sürməyə üstünlük verirlər. Amma istisnalar var.

Axar.az lent.az-a istinadən xəbər verir ki, "Top Speed" jurnalı "Maykrosoft"un həmtəsisçisi Bill Qeytsin sevimli avtomobili haqqında məlumat yayıb. Milyarderin seçimi çox gözlənilməz olub.

Qeyd edilib ki, Meyers qardaşlarının podkasti zamanı Qeyts sevimlisi olan kompakt elektrik avtomobilinin olduğunu paylaşıb. Bu, qırmızı rəngli "Fiat 500e RED Edition"dır.

Milyarder bildirib ki, avtomobil onların birgə xeyriyyə işləri nəticəsində irlandiyalı musiqiçi Bono tərəfindən hədiyyə edilib. Onlar qlobal sağlamlıq proqramları üzərində işləyən təşkilatlara yardım göstərirlər.

Qeyts əlavə edib ki, onun daha dəbdəbəli elektrik avtomobili də var – “Porşe Taycan”. Bununla belə, ona ən müsbət emosiyalar verən "Fiat 500e"dir.

"İnsanların yanından keçəndə onlar məni belə kiçik avtomobildə görəndə təəccüblənirlər", - milyarder deyib.

Nəşr xatırladıb ki, “Fiat 500e” kompakt elektrik hetçbekdir. Bu model Avropa ölkələrində ən populyardır.

Bundan əlavə, “Fiat 500e” xoş idarəetməyə malikdir və onun kiçik batareyası kifayət qədər tez doldurulur.

Tarix
2025.04.04 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla