Yuxarı

Turistlər üçün xüsusi tamaşalar – Bakı-2015

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turistlər üçün xüsusi tamaşalar – Bakı-2015

Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayında ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

Axar.az xəbər verir ki, teatrın direktoru Əliqismət Lalayev Musiqili Teatrın Bakı-2015 Avropa Oyunları ilə əlaqədar iyun ayında xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini deyib:

"İyun ayında teatrımızda 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur. Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Bildiyiniz kimi, gələn ay ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Buna görə də repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Yeri gəlmişkən, bəzi tamaşalarımız rus dilində nümayiş olunacaq. Bütün bunları nəzərə alaraq tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı Birinci Avropa Oyunlarına hazırdır".

Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 36 gün qalıb.

Tarix
2015.05.07 / 18:57
Müəllif
Nigar An
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla