Yuxarı

Aybəniz Haşımova: “Avropadan gələnlər...”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aybəniz Haşımova: “Avropadan gələnlər...”

"Erməni lobbisi hər yerdə əleyhimizə təbliğat aparır".

Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı danışan əməkdar artist Aybəniz Haşımova Axar.az-a bildirib:

​

"Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin birinci xeyri ölkəmizin təbliğatıdır. Bilirsiniz ki, biz illərlə rusun təbəəsi olub, istəmədən onları təmsil etmişik. Çox sevindirici haldır ki, indi bizim ölkədə belə festivallar, yarışlar, turnirlər keçirilir. Avropadan gələn nümayəndələr ölkəmizin, insanlarımızın necə gözəl olduğunu görəcəklər. Bildiyiniz kimi, hazırda erməni lobbisi hər yerdə əleyhimizə təbliğat aparır, özlərinə aid olan işğalçı mövqeyi bizim adımıza çıxırlar. Biz bunun əksi olduğunu, yüksək mədəniyyətə malik bir xalq olduğumuzu dünyaya çatdırmalıyıq. Qoy onlar bilsinlər ki, Azərbaycan işğalçı dövlət deyil, tarix boyu onlar bizim torpaqlara göz dikib, 20 faiz torpağımızı işğal ediblər. Bunu sübut etmək üçün yaxşı fürsət yaranıb. Azərbaycanın adı bu oyunlarla tarixə düşəcək. Biz layiqli vətəndaş olmalı və Avropa Oyunları vaxtı bura gələn millətlərin içində ölkəmizin yaxşı mənada təbliğatını aparmalıyıq. Ümid edirəm ki, yaxın vaxtlarda Qarabağımız da geri alınar və bu cür bayramsayağı tədbirləri orada keçirərik".

Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 35 gün qalıb.

Tarix
2015.05.08 / 19:12
Müəllif
Nigar An
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla