Yuxarı

Bakı-2015: Məşəl Ağdamda - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015: Məşəl Ağdamda - Foto

Ölkəmizi bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 10-da Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirildi.

Azərtac xəbər verir ki, axşam saatlarında birinci Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi oldu. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edib, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına çatdılar. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı "Bakı-2015" birinci Avropa Oyunlarının məşəlini coşqu ilə qarşıladı.

Məşəl estafetini izləyən rayonun fəal gənclərindən olan Ruslan Zeynalov fikrlərini bölüşüb: "Nəhayət həyəcanla gözlədiyimiz gün gəlib çatdı. Ölkəmizi diyar-diyar dolaşan birinci Avropa Oyunlarının məşəli bu gün rayonumuzda da alovlandı. Biz ağdamlı gənclər böyük sevinc hissi keçiririk. Gördüyünüz kimi ağdamlılar, xüsusən də gənclər "Bakı-2015"in məşəl estafetinin və Alov festivalının şahidi olmaq üçün buraya axışıb. Bu tarixi günü bizlərə yaşadanlara təşəkkür edir, yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram".

Məşəl yürüşü mərasiminin sevincini yaşayan Ağdam rayonunun Şıxbabalı kəndindən olan məcburi köçkün İsgəndər İsgəndərov isə bildirib: "Bu gün mən də ailəmlə birlikdə Alov festivalını izləmək üçün gəlmişəm. Ürəyimizdə elə bir hiss var ki, sanki doğma torpaqlarımıza qayıdışın başlanğıcıdır. Biz o günün gələcəyinə inanır və belə məşəllərin həsrətini çəkdiyimiz yurd yerlərimizdə alovlanacağı günü səbirsizliklə gözləyirik".

Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər "Bakı 2015"in rəmzi kimi rayonda saxlanılacaq.

Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Səhnədə nümayiş etdirilən Alov şousu, incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı möhtəşəmliyi ilə yaddaşlarda qaldı.

Rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı fikrini belə ifadə etdi: "İlk Avropa Oyunlarının məşəlinin doğma Qarabağda – Ağdam torpağında alovlanması bizi çox sevindirir. Buna görə ümummilli lider Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Çünki onun müəyyən etdiyi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan belə bir tarixi hadisəyə imza atır. Ulu Öndər vaxtilə deyirdi ki, Azərbaycan dünyaya Günəş tək doğacaq. Bu gün doğrudan da Azərbaycan adlı bir Günəş yer üzünə doğub. Bunun üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

Minlərlə ağdamlının iştirak etdiyi Məşəl festivalı atəşfəşanlıqla başa çatdı.

Tarix
2015.05.10 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla