Yuxarı

Xalq artisti: “Bu, böyük siyasi hadisədir”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: “Bu, böyük siyasi hadisədir”

"Mən bir vətəndaş kimi buna çox sevinirəm".

Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı danışan xalq artisti Hacı İsmayılov Axar.az-a bildirib:

"Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm çox böyük idman hadisəsidir, həm də siyasi hadisədir. Bu turnirin ölkəmizdə keçirilməsi birinci növbədə dünyada təbliğatımız deməkdir. Mən bir vətəndaş kimi buna çox sevinirəm. İnanıram ki, bu oyunlar "Avroviziya"dan sonra Azərbaycanı dünyaya tanıdacaq ikinci böyük hadisə olacaq. Azərbaycanı tanımayanların hamısı belə bir dövlətin, millətin varlığından xəbər tutacaq və ölkəmizdəki gözəllikləri görəndən sonra ikinci dəfə də bura gəlmək istəyəcəklər. Bu da Azərbaycanda turizmin inkişafına təkan verəcək. Bizim bədxahlarımız, Avropa Oyunlarının Azərbaycanda keçirilməsini istəməyənlər də var. Bu, həm də onlara böyük zərbə olacaq. İdmançılarımıza, Azərbaycanımıza uğurlar arzulayıram".

Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 27 gün qalıb.

Tarix
2015.05.17 / 09:30
Müəllif
Nigar An
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla