Yuxarı

Bəhram Bağırzadədən 100 ilin proqnozu

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəhram Bağırzadədən 100 ilin proqnozu

"100 ildən sonra – 2115-ci ildə İlk Avropa Oyunlarının 100 illiyini qeyd edəcəklər".

Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı aktyor Bəhram Bağırzadə Axar.az-a bildirib:

"Birincisi, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi artıq Azərbaycanın qələbəsidir. Bu, kimlərinsə qəbul edib-etməməsindən asılı olmayaraq, sözsüz ki, qələbədir.

İkincisi, bizim övladlarımız qonşularımızdan fərqli olaraq, 100 ildən sonra – 2115-ci ildə İlk Avropa Oyunlarının 100 illiyini qeyd edəcəklər. Qonşularımız da yüzilliklər keçirir, amma başqa istiqamətdə.

Üçüncüsü, biz bundan maddi tərəfdən də faydalanacağıq. Şəhərdə bu qədər tikinti gedir, yeni stadionlar, idman sahələri, otellər tikilir, infrastruktur yaranır. Və bu yerlərdə bizim vətəndaşlar işlə təmin olunur. İnfrastrukturun yaranması yeni iş yerlərinin açılması deməkdir. Bu müəssisələrdə çalışan vətəndaşlar para qazanıb, evlərinə çörək aparacaqlar.

Dördüncüsü, ölkəyə turistlər gələcək. Bu, həm də iqtisadi cəhətdən ölkəmizə faydalıdır. Bir tərəfdən də Azərbaycanda olan turistlər öz vətənlərinə qayıtdıqdan sonra ölkəmiz haqda təəssüratlarını bölüşəcəklər və bu, yeni turistlərin ölkəyə cəlb olunmasına gətirib çıxaracaq.

Beşincisi, mənə ən yaxın olandır. Bizim övladlarımız bu oyunlardan sonra sektorlara, stadionlara yığışacaqlar, onlarda idmana həvəs artacaq. Bir ata, bir vətəndaş və bir müsəlman kimi məni ən çox düşündürən punkt budur. Övladlarımızın idmana yaranan həvəsi gələcəkdə dünyanın da olmasa, Avropanın ən sağlam millətlərindən birinə çevrilməyimizə səbəb olacaq".

Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Ilk Avropa Oyunlarına 24 gün qalıb.

Tarix
2015.05.20 / 09:19
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla