Yuxarı

20-ə yaxın prezident Bakıya gəlir - Video

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
20-ə yaxın prezident Bakıya gəlir - Video

Avropa Oyunlarının açılış mərasiminə hansı dövlətlərin liderləri gələcək? Azərbaycan üçün kifayət qədər qürurverici olan bu açılış mərasmilərində Bakıya gəlməyə qərar verən dövlət başçıları həm də Azərbaycana öz hörmətlərini bildirmiş olacaqlar.

ANS TV-nin məlumatına görə, daha bir dövlət başçısının birinci Avropa Oyunlarının açılış mərasiminə qatılacağı təsdiqlənib.

Serbiya prezidenti Tamislav Nikoliç iyunun 12-də Bakıda olacaq. ATƏT-in hazırki sədri, Serbiya baş naziri, XİN İlitsa Daçiç prezident İlham Əliyevin rəsmi qəbulunda Serbiya prezidentinin iştirakını təsdiq edib.

Avropa dövlətlərindən daha iki ölkənin Bakıya gəlişi təsdiqlənib. Lüksemburq hersoqu və Monako knyazı da ən yüksək səviyyədə açılış mərasiminə qatılacaq.

Ümumilikdə ilk Avropa Oyunlarının açılış-bağlanış törəninə, həmçinin oyunları izləmək üçün 20-dən artıq ölkə, hökumət başçısının gələcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putin Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Kremlin mətbuat xidməti məlumatı təsdiqləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış törəninə dəvət edilən dövlət başçılarındandır. Türkiyə XİN Mövlud Çavuşoğlu Ərdoğanın Avropa Oyunlarnın açılış mərasiminə qatılacağını söyləyib.

Avropa Oyunlarında ümumilikdə 50 ölkənin idmançıları iştirak edəcək. Təhlükəsizlik və digər məsələlər nəzərə alınaraq açılışla bağlı məlumatlar qapalı saxlanılır.

"Bakı 2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsindən ANS-ə bildirilidi ki, çoxsaylı ölkə başçılarının, dövlət rəsmilərinin, beynəlxalq və Avropa Olimpiya Komitəsi, bir neçə ölkə isə olimpia komitə rəhbərləri səviyyəsində mərasimdə iştirak edəcəklər.

Ümumiyyətlə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi 10 minə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana dəvətini təmin edib.

Tarix
2015.06.02 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla