Yuxarı

Tamamilə I Avropa Oyunlarına həsr olundu – Fotolar

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tamamilə I Avropa Oyunlarına həsr olundu – Fotolar

"Avropa Oyunları idman və dostluq bayramıdır. Əminəm ki, bu bayrama gələn xarici qonaqlar, idmançılar, məşqçilər öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar".

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin "Baku Guide" bələdçi kataloqunun iyun buraxılışında yer alan müraciətində yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan nəşrin Bakı-2015 I Avropa Oyunları ərəfəsində işıq üzü görən yeni sayı bu möhtəşəm idman bayramına həsr olunub. Kataloqun iyun buraxılışı həm informasiya və materialların zənginliyi, mövzu rəngarəngliyi, həm də nəfis tərtibatı ilə xüsusilə seçilir.

Bakı-2015 I Avropa Oyunları günləri ilə bağlı hazırlanan mədəniyyət tədbirlərinin proqramı ilə də bələdçi kataloqunda tanış olmaq olar. Nəşrdə paytaxt teatrlarının xüsusi olaraq Avropa Oyunları üçün tərtib etdiyi repertuar, muzeylərin, konsert və sərgi salonlarının iyun ayı üzrə tədbirləri verilib. Kino həvəskarları isə iyun ayı boyunca paytaxtın aparıcı kino nümayişi mərkəzlərində nümayiş olunacaq müxtəlif səpkili filmlərin afişası ilə tanış ola biləcəklər. Onları həm dil, həm də mövzu baxımından daha geniş bir repertuar gözləyir.

İlk Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla müsahibədə isə Oyunların son hazırlıq prosesi, bilet satışı, açılış və bağlanış mərasimləri, digər təşkilatı məsələlərə toxunulub.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılıb. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar var.

Tarix
2015.06.03 / 19:23
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla