Yuxarı

I Avropa Oyunlarına möhtəşəm hədiyyə

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
I Avropa Oyunlarına möhtəşəm hədiyyə

Birinci Avropa Oyunları çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə XAN nəşriyyatında "Yazıçılarımızı dünyaya tanıdaq" adlı layihə altında kitab dəsti nəşr edilib.

"Hədəf" Şirkətlər Qrupunun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ingilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Ş.İ.Xətai, Məhəmməd Füzuli, M. F. Axundzadə, M.Ə.Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Layihənin əsas məqsədi I Avropa Oyunları çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyatmaqdır.

Qeyd edək ki, layihənin məsləhətçisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə fəlsəfə doktoru, dossent Şəmil Sadiqdir.

Tarix
2015.06.08 / 19:15
Müəllif
Nigar An
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla