Yuxarı

Sabah “Zamanın rəngləri”nə səyahət olacaq

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah “Zamanın rəngləri”nə səyahət olacaq

Sabah saat 17:00-da "Qalereya 1969"-da Bakı-2015 Birinci Avropa Oyunları münasibəti ilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Zamanın rəngləri" adlı sərgi keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin təşkilati dəstəyi ilə "Qalereya 1969"-da təşkil olunacaq sərgidə görkəmli rəssamlar Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Abdulxalıq, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımovun da rəsm əsərləri var.

Sərginin təşkilində əsas məqsəd özünəməxsus ənənələri olan bu qalereyanın kolleksiyasında illər ərzində toplanmış, son dərəcə böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir. Əsərlərin işlənmə texnikası, orijinal bədii və kompozisiya həlli, koloriti onların hər birinin mənsub olduğu janrda böyük ustalıqla işləndiyini göstərir. Bu əsərlər ötən əsrdə yaradılıb.

Qeyd edək ki, sabah saat 15:00-da Muzey Mərkəzində Bakı-2015 Birinci Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Avropa haqqında düşüncələr" adlı sərgi də keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgidə görkəmli Azərbaycan rəssamlarının Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna aid olan əsərləri təqdim olunur. Onların arasında Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev və s. kimi görkəmli rəssamlar da olacaq.

Tarix
2015.06.09 / 19:10
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla