Yuxarı

Bakı-2015-lə bağlı “qaynar xətt” yaradıldı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-2015-lə bağlı “qaynar xətt” yaradıldı

Bakı-2015 birinci Avropa Oyunlarının başlaması ilə əlaqədar Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Rayona gələcək qonaqların çoxluğu nəzərə alınaraq mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərəcək.

Mərkəzin direktoru Murad Hacıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, turistlərin rayonda istirahətini təmin etmək üçün "qaynar xətt" yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.

Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır. Hər 4 marşrut üzrə turistlərin sıxlığı müşahidə olunur.

Rayonda fəaliyyət göstərən 36 istirahət mərkəzinin hər birində yay turizm mövsümünə hazırlıq işləri yekunlaşıb. Ötən ilə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı və keyfiyyəti də artırılıb.

Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.

Tarix
2015.06.12 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla