Yuxarı

“Avropalı qonaqlara sürprizlər var”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avropalı qonaqlara sürprizlər var”

"Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm keçdi".

Bu sözləri xalq artisti Mənsum İbrahimov I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı Axar.az-a danışarkən deyib:

"Ən çox xoşuma gələn isə hər şeyin sırf milli üslubda tərtib olunması idi – məsələn, muğamla başlaması, balaban, "Sarı gəlin", Qobustan qayaüstü rəsmləri, Yallı və s. Məni sevindirən bir şey də o oldu ki, milli komandamız bayraqlarımızla keçəndə mənim ifa etdiyim "Qarabağ şikəstəsi" səsləndi – öz səsimi eşitməyim özüm üçün də gözlənilməz oldu.

Bu yarışda bütün idman növlərində ölkəmizi dəstəkləyirəm. Məncə, güləşçilərimiz daha çox medal qazanacaqlar. İstərdim, qızıl medalların çoxu elə Bakıda qalsın".

Mənsum İbrahimov qonaqlar üçün konsert proqramları və sürprizlər hazırlandığını da deyib:

"Bu oyunlarla bağlı bir çox konsert proqramı təşkil olunub, avropalı qonaqlara xeyli sürprizlər var. Bu ayın 18-də xarici qonaqlar üçün Heydər Əliyev Sarayında mənim rəhbərliyim altında tələbələrimlə birlikdə "Gəncləşən muğam" axşamımız olacaq. Ayın 20-də isə Opera və Balet Teatrında Nəzakət Teymurova ilə dahi Üzeyir bəyin "Leyli və Məcnun" əsərini ifa edəcəyik".

Tarix
2015.06.13 / 13:08
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla