Yuxarı

Bakıya gələn turistlər bunlara əməl etməlidir

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya gələn turistlər bunlara əməl etməlidir

Ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarının rəsmi əməkdaşı olan "FiveCurrents" şirkəti turistlər üçün broşür paylayıb. Bu broşürdə onların ölkəmizdə uymalı olduqları qayda-qanunlar yazılıb. Bəs sənət və idman adamları necə düşünür?

Azərbaycana gələn turistlər hansı qaydaları gözləməlidirlər?

Müğənni Emma Ələkbərzadə turistlərin ölkəmizdə problem yaşamayacaqlarını bildirib:

"Mənə elə gəlir ki, hər bir turist getdiyi ölkənin qanunlarını bilməli və çalışmalıdır ki, bu qanunları pozub problem yaşamasın. Bizim ölkədə yazılmamış qanun yoxdur. Bu səbəbdən problem olmayacağına inanıram".

Rəssam Günel Ravilova mental dəyərlərə diqqət çəkdi:

"Ən ağır qaydalar Sinqapurdadır. Bu ölkədə söyüş söymək, yerə tüpürmək, uşağı döymək, siqaret çəkmək olmaz. Bizdə isə heç olmasa, təmizliyə riayət olunsun, söyüş söyülməsin. Bir də geyimlərini düzgün seçmələrini deyərdim. İstər-istəməz bizim mental dəyərlərimiz müəyyən qədər fərqlidir".

Şairə Rəbiqə Nazimqızı tolerant xalq olduğumuz üçün heç bir problem yaşanmayacağını düşünür:

"Yəqin ki, söhbət daha çox mental yasaqlardan gedir. Ümumiyyətlə, qayda belədir ki, harasa gedəndə mütləq əvvəlcədən ölkə ilə bağlı müəyyən məlumat toplayırsan. Bura həm mental yanaşmalar, mətbəx xüsusiyyətləri və sair aiddir. Şərq ölkələrinin qız-qadına, böyük-kiçiyə münasibət məsələlərində fərqli yanaşmaları var. Bunları da böyük ehtimalla bütün dünyada bu və ya digər dərəcədə bilirlər. Biz də, Allaha şükür, çox tolerant xalqıq. Nəsə problem olanda başa düşürük ki, qonaqdır, nəyisə bilməyə bilər. Yəni ciddi şəkildə hansısa problem olacağına inanmıram".

Opera ifaçısı Xəyyam Mustafazadə əcnəbilərin yerli əhali ilə rəftara diqqət yetirməli olduqlarını deyir:

"Bizim şəhərimizə gələn turistlər əvvəlcədən internet vasitəsilə mədəniyyətimiz, adətlərimiz və qayda-qanunlarımız haqda məlumat əldə etməlidirlər. Özlərini sakit, mədəni aparmalı, qanunlara tabe olmalı, yerli əhali ilə rəftarına diqqət yetirməlidir".

Futbolçu Urfan Abbasov turistlərdən diqqətli davranış gözləyir:

"Mentalitetimizə uyğun davransalar, əlbəttə ki, yaxşı olardı. Geyim tərzlərinə, hərəkətlərinə, danışıqlarına diqqət etməlidirlər. Müsəlman ölkəsi olduğumuza görə, bura gələn turistlər qayda-qanunlarımıza hörmətlə yanaşmalı, etik normaları pozmamalıdırlar: söyüş söymək, qıza sataşmaq və sairə.

Tarix
2015.06.16 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla